Keşmiş məhkumdan SİLAH GÖTÜRÜLDÜ
    • 4-11-2019, 12:04
    • 904

Keşmiş məhkumdan SİLAH GÖTÜRÜLDÜ

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunan Y.Mikayılovdan nömrəsi silinmiş, lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng, 2 ədəd patron və 1 ədəd süngü bıçağı aşkar edilərək götürülüb.