-
- 9-04-2019, 14:56
- 1 211
Ağcabədidə bir neçə cinayət işinin üstü açılıb - VİDEO
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən News24.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xocavənd rayon sakini Sədi Nəzərovdan “Toz-8” markalı odlu silah və 59 ədəd patron aşkar edilərək götürülüb.
Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən Avşar kənd sakini İlqar İsmayılov da saxlanılıb. Onun üzərinə şəxsi axtarış aparılan zaman qanunsuz olaraq saxladığı 1 ədəd “Revolver” markalı tapança və 1 ədəd patron aşkar edilərək götürülüb. Götürülmüş silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub.
Ağcabədi RPŞ əməkdaşları tərəfindən həmçinin rayon ərazisində silsilə oğurluqlar edərək insanların külli miqdarda əmlakını ələ keçirən şəxs də saxlanılıb. Zərərçəkən rayon sakinləri müxtəlif vaxtlarda RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən qızıl-zinət əşyalarının və pulun oğurlandığı barədə məlumat veriblər. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində çoxsaylı oğurluqlar törətməkdə şübhəli bilinən Elnur Talıbov saxlanılıb.
Qeyd edilən hər 3 faktla bağlı Ağcəbədi Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.