“Ev, qızıl qadınları cəlb edən bir şeydir”
    • 6-06-2023, 15:54
    • 809

“Ev, qızıl qadınları cəlb edən bir şeydir”

Xalq artisti Nəzakət Teymurova ilk dəfə toylara həmkarı Gülyanaq Məmmədova ilə birlikdə getdiyini açıqlayıb.

News24.az olay-a istinadən xəbər verir ki,  o, bu barədə “ Söz baz” proqramının qonağı olarkən deyib:

“Allah rəhmət etsin, məni ilk dəfə toya Yaqub Məmmədov aparmışdı, Bakı məclisinə getmişdim. Amma Gülyanaq (Xalq artisti Gülyanaq Məmmədova) ilə tələbə vaxtı toylara birlikdə gedirdik. Danışdıqlarım 1990-1991- ci illərə təsadüf edir”.

Xanəndə həmçinin efirdə həyat yoldaşıyla tanışlığından və qurduğu ailənin onun işinə maneə olmamasından danışıb:

“Tələbəlik illərində tanış olmuşuq. Ailə qurmaq məni sənətdən uzaqlaşdırmadı. Peşəmi hər şeydən çox sevən biri olmuşam. Evdi, eşiydi, qızıldı - özünüzdə bilirsiz ki, bunlar hamısı digər qadınları cəlb edən bir şeydir. Lakin mənim heç nəyim olmasın, amma səhnədə fəaliyyətim  olsun. Bir il mənim konsertim, səfərlərim olmayanda elə bilirəm ki, yaşamıram, boşluğa düşürəm”.