Qopub tökülən “AMAY” ticarət mərkəzi ilə bağlı rəsmi açıqlama
    • 6-06-2023, 16:51
    • 233

Qopub tökülən “AMAY” ticarət mərkəzi ilə bağlı rəsmi açıqlama

Bu gün Bakının Xətai rayonunda yerləşən "AMAY" ticarət mərkəzinin binasından küçədən keçən vətəndaşın və avtomobilin üzərinə daş parçası düşüb. Nəticədə vətəndaş çiynindən xəsarət alıb və avtomobilə ziyan dəyib. 

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında bloqer İlkin Babayev məlumat verib. 

O qeyd edib ki, "AMAY" ticarət mərkəzinin yerləşdiyi bina potensial ölüm mənbəyidir: "Bina günü-gündən, baxımsızlıqdan sözün əsl mənasında dağılır. Bu gün gözümüzün önündə, şəkildə işarələnən yerdən daş düşərək, altdan keçən adamın çiynini və bir maşını əzdi. Həmin şəxsi ölümdən bir neçə saniyə ayırdı. 

Problemlə əlaqədar Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, artıq əraziyə baxış keçirilib: "Qeyd olunan obyektə FHN-in mütəxəssisləri tərəfindən baxış keçirilib. Müəyyən olunub ki, binanın divarına vurulan üzlük aqlay daşları qoparaq piyadaların yoluna tökülür. Faktla bağlı aidiyyəti üzrə müraciət ünvanlanıb".

Qeyd edək ki, "AMAY" ticarət mərkəzində eyni zamanda vətəndaşların mütamadi olaraq müraciət etdikləri 2 saylı ASAN xidmət və ABB-nin də filialı yerləşir.