ABŞ hökümətinin əlində yadplanetlilərin gəmiləri var - ŞOK İDDİA
    • 7-06-2023, 09:13
    • 133

ABŞ hökümətinin əlində yadplanetlilərin gəmiləri var - ŞOK İDDİA

ABŞ hakimiyyətinin əlində yadplanetlilərə məxsus gəmilərin olduğu iddia edilib.

News24.az
xəbər verir ki, sözügedən iddia ilə ABŞ-in keçmiş kəşfiyyat zabiti Devid Qruş çıxış edib. 

O, sözügedən gəmilərlə bağlı məlumatların qeyri-qanuni olaraq Konqresdən gizləndiyini söyləyib.

Qruş bildirib ki, Konqresə bununla bağlı məxfi məlumat verərdikdən sonra, hökumət rəsmiləri ilə onun arasında ədavət yaranıb.

D.Qruş ABŞ kəşfiyyatındakı 14 illik karyerasını aprel ayında sonlandırıb.

Milli Hava və Kosmik Kəşfiyyat Mərkəzinin ABŞ kəşfiyyatının əməkdaşı Conatan Qrey “ekzotik materialların” mövcudluğunu təsdiq edərək, “Biz tək deyilik” dedi. /Haber Global/