Tənbəl arvadlar və subay kişilərə şad xəbər — VİDEO
    • 7-06-2023, 13:44
    • 436

Tənbəl arvadlar və subay kişilərə şad xəbər — VİDEO

Kembric Universitetinin (Böyük Britaniya) tədqiqatçıları müxtəlif yeməklərin hazırlanması videolarına baxaraq reseptləri öyrənib tətbiq edən robot-aşpaz yaradıblar.

News24.az xəbər verir ki, bu barədə "IEEE Access" jurnalında dərc olunan məqalədə qeyd edilib.

Bildirilir ki, robot proqramı sözdə simulyasiya maşın öyrənmə metoduna əsaslanır. Aparat əvvəlcə insanın videoda nə etdiyinə baxır, daha sonra gördüklərini təkrarlamağa çalışır. Alimlər izah edirlər ki, bir qayda olaraq, insanlar eyni sxem üzrə kulinariya bacarıqlarını da təkmilləşdirirlər.