Ərdoğanın bu çıxışı Yunanıstanı qorxuya saldı:
    • 7-06-2023, 14:28
    • 400

Ərdoğanın bu çıxışı Yunanıstanı qorxuya saldı: "Türkiyə liderinin yeni şahinləri..." - FOTO

Türkiyənin Nazirlər Kabinetinin yeni dönəmin ilk iclasında yeni yol xəritəsi, xüsusilə iqtisadiyyat və terrorla mübarizə ilə bağlı fikirlər irəli sürülüb. Rəcəb Tayyib Ərdoğan Prezident Külliyesində baş tutan və 4 saat 20 dəqiqə davam edən Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib. 

Türkiyənin təsir dairəsinin də onların hakimiyyətləri dövründə ortaya çıxdığını vurğulayan Ərdoğan, “Siyasət kimi diplomatiya oxuyanların Türkiyə xarici siyasəti ilə bağlı iddialarının əsassız olduğu anlaşıldı. Türkiyənin Türkiyədən böyük olduğunun, 780 min kvadrat kilometrdən çox böyük bir ölkə olduğunun bir daha şahidi olduq. Ümid edirik ki, siyasi baxışlarından asılı olmayaraq bütün 85 milyon insan bundan şərəf və qürur duyacaq”.

“Ərdoğanın yeni şahinləri”

News24.az xəbər verir ki, Ərdoğanın bu çıxışı Yunanıstanda manşet olub. Yunanıstanın “NewsBomb” saytı “Türkiyə: Ərdoğanın yeni şahinləri” başlıqlı məqalədə yenu kabineti təqdim edib. 



Xəbərdə müdafiə naziri Yaşar Gülerin “Mavi Vətəni müdafiə etməyə davam edəcəyik” sözləri xatırladılıb.

“Kathimerini” tərəfindən “Ərdoğan: Türkiyə sərhədlərindən böyükdür” başlığı ilə dərc olunan xəbərdə “Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Rəcəb Tayyib Ərdoğan Türkiyənin coğrafi sərhədlərindən daha böyük olduğunu müdafiə etdi”, - sözlərinə yer verib.

“Yenidən seçilən Türk lideri, “biz dar sərhədlərə bağlı deyilik” dedi və bunu (keçən şənbə günü Türkiyə prezidentinin andiçmə mərasimi də daxil olmaqla) dünyanın hər yerindən çox sayda liderin iştirakı ilə nümayiş etdirdi”, - nəşr yazır.



“Türkiyə 780.000 km2-dən böyükdür” başlıqlı xəbər dərc edən “Skai” yazır: “Rəcəb Tayyib Ərdoğanın mesajları münasibətdə hər hansı bir dəyişikliyə işarə etmir. Ərdoğan, deyəsən, mövqeyini dəyişməyib”.

“Rum Etnos”, “Ərdoğan yenə sərhədlərini aşan bir Türkiyə haqqında danışmağı dayandırmadı” deyə yazıb. “Xarici siyasət baxımından Ərdoğan vurğulayıb ki, onun administrasiyası dövründə Türkiyənin təsir dairəsi də ortaya çıxıb”, - “İeidiseis” yazır.

Akqabay