Köçəryan və Sarkisyanın işini araşdıran prokurorlar işdən çıxarıldı
    • 8-06-2023, 11:16
    • 155

Köçəryan və Sarkisyanın işini araşdıran prokurorlar işdən çıxarıldı

Ermənistan Baş Prokurorluğu eks-prezidentlərin işi üzrə prokurorların işdən çıxarılmasını təsdiqləyib.

News24.az “Sputnik Armenia”-ya istinadla xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatına görə, Ermənistanın baş prokuroru Anna Vardapetyanın 25 may, 5 iyun və 6 iyun tarixli fərmanlarına əsasən, baş prokurorun müavini Gevorq Baqdasaryan və dövlət hakimiyyəti əleyhinə cinayətlər üzrə idarənin rəis müavini, ölkənin ikinci prezidenti Robert Köçəryanın prosesində iştirak edən Petros Petrosyan vəzifəsindən azad edilib.

Bundan başqa, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın işinə nəzarət edən prokuror Arsen Martirosyan (Korrupsiyaya Qarşı Mübarizə Komitəsində məhkəməyədək icraatın qanuniliyinə nəzarət şöbəsinin müdiri) vəzifəsindən azad edilib.

Vardapetyan prokurorluq sistemində başqa dəyişikliklər də edib. Prokurorların ixtisar edilməsinin səbəbləri barədə məlumat verilmir. Mətbuat bunun səbəbinin baş prokurora ünvanlanan ifadələr ola biləcəyini yazıb.

Akqabay