-
- 8-06-2023, 16:13
- 430
“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi...” - Manilov
“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi dəstəklənilməlidir və sülh üçün səylər göstərilməlidir”.
News24.az xəbər verir ki, bunu Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov jurnalistlərə açıqlamasında deyib.
“Bununla bağlı hər zaman perspektivlər var və bu istiqamətdə həmişə səy göstərmək lazımdır”, - o bildirib.
A.Manilov qeyd edib ki, bu gün MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasında Ermənistanın sərhəd qurumu da iştirak edib: “Ümid edirəm ki, Ermənistanda keçiriləcək növbəti görüşdə Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək”.