-
- 9-06-2023, 11:21
- 224
Türkiyə Kosovodakı NATO qüvvələrinə komandanlıq edəcək
Türkiyə NATO-nun Kosovo və Metohiyadakı kontingentinin (KFOR) komandanlığını öz üzərinə götürəcək.
News24.az xəbər verir ki, Bu barədə “Bloomberg” Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.
“Bölgədə son on ilin ən şiddətli toqquşmalarından sonra Alyansda ABŞ-dan sonra ikinci ən böyük orduya sahib olan Türkiyənin, NATO-nun Balkanlarda əvvəllər İtaliyanın rəhbərlik etdiyi missiyasını oktyabrda öz üzərinə götürməsi gözlənilir”, -nəşr yazır.
Bundan əvvəl Kosovo Prezidenti Vyosa Osmani NATO-nun sülhməramlı KFOR qüvvələrinin Kosovonun NATO-ya qəbul edilməsinə qədər bölgədə qalacağına ümid etdiyini bildirib.
Bundan əvvəl Türkiyə NATO-nun tələbi ilə Kosovoya xüsusi təyinatlılardan ibarət bir batalyon göndərmişdi. Ankara NATO-nun Müttəfiq Qüvvələri Komandanlığının sorğusuna cavab olaraq 65-ci Mexanikləşdirilmiş Piyada Briqadasının bir batalyonunun ehtiyat hissə kimi yerləşdirildiyini açıqlayıb.
Akqabay