Azərbaycanda 20 nəfərin yaralandığı dəhşətli hadisənin ANBAAN VİDEOSU
    • 9-06-2023, 12:33
    • 221

Azərbaycanda 20 nəfərin yaralandığı dəhşətli hadisənin ANBAAN VİDEOSU

Xəbər verildiyi kimi mayın 26-da Qəbələdə “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobilinin toqquşması 20 nəfərin xəsarət almasına səbəb olub.

News24.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Videodan məlum olur ki, qəzaya təmir gedən yolda mikroavtobusun sürücüsünün sürət həddinə düzgün əməl etməməsi və avtomobilin yoluna çıxması səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, qəzada yaralanan 20 nəfərdən 3-nün vəziyyəti daha ağır olub.

Taleh BAĞIROV