Bakıda beş nəfərin öldüyü qəzanın - Videosu
    • 1-01-2023, 22:10
    • 273

Bakıda beş nəfərin öldüyü qəzanın - Videosu

Xəbər verdiyimiz kimi, bu gün Bakıda dəhşətli qəza baş verib.

Artıq qəzanın baş vermə anını əks etdirən görüntülər yayılıb. Həmin videodan da aydın olur ki, “Mercedes” markalı avtomobil dirəyi aşıraraq əks yola keçir. Qəza törədən sürücü qarşı yolda “Toyota Prius” markalı minik maşının qarşısına düşüb. 
Qeyd edək ki, qəza nəticəsində 5 nəfər vəfat edib. 

Hadisənin görüntülərini təqdim edirik:


21.40

Bakıda ağır yol qəzası nəticəsində ölənlərin kimliyi məlum olub. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, “Ulduz” metrostansiyası yaxınlığında qeydə alınan hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

Onlar “Mercedes” markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Vüqar Abdullayev;

Sərnişinlər 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova;

1997-ci il təvəllüdlü Jalə Aslanova;

2001-ci il təvəllüdlü Könül Namazova;

“Toyota”nın sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir. 

Qeyd edək ki, ilkin məlumata görə, qəza “Mercedes”in digər maşının yoluna çıxması səbəbindən baş verib.

https://t.me/operativmedia/22499​​​