-
- 21-02-2019, 19:30
- 1 074
Gürcüstanda Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Gürcüstanın Marneuli rayonunda Xocalısoyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Mərasim Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Kvemo Kartli bölgə rəhbərliyinin dəstəyi ilə baş tutub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo Kartli bölgəsinin qubernator müavini Zaur Darğallı, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Tamaz Naveriani və Marneulinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
D.Həsənov çıxışında Xocalı faciəsinin qısa tarixi barədə danışıb. O bildirib ki, bir sıra ölkələrin parlamentlərində Xocalı soyqırımı ilə bağlı müvafiq qətnamələr qəbul edilib: “Çox təəssüflər olsun ki, Xocalıdakı qətliamın günahkarları bu günə qədər layiqli cəzalarını almayıblar. Hər il faciənin ildönümü tarixlərində dünyanın müxtəlif ölkələrində Xocalı faciəsinin dünya ictimaiyyətinə tanıdılması məqsədilə müxtəlif tədbirlər keçirilir. Bu istiqamətdə Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” kampaniyasının müstəsna xidmətləri var”.
Səfirin çıxışından sonra Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən R.Hacıyev deyib ki, Xocalı faciəsinin dəhşətləri heç zaman unudulmayacaq: “Milliyətindən asılı olmayaraq istənilən insan Xocalı faciəsi kimi qətliamları qınamalıdır. Təəssüflər olsun ki, bu faciəyə dünya ictimaiyyəti yetərincə qiymət verməyib. Xocalı faciəsi Gürcüstanda yaşayan azərbaycanlıların da ağrıyan yarasıdır. Azərbaycanın kədəri Gürcüstanın, Gürcüstanın kədəri isə Azərbaycanın kədəridir. Gürcüstanın işğal olunan ərazilərində də dinc sakinlərə qarşı vəhşiliklər törədilib. Əminəm ki, hər iki dövlətin ərazi bütövlüyü uğrunda haqlı mübarizəsi hər iki ölkənin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnəcək”.
Z.Darğallı bildirib ki, Gürcüstan və Azərbaycan tarix boyu eyni taleləri yaşayıblar: “Əminəm ki, Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan işlər, soyqırıma hüquqi qiymətin verilməsi tələbi birgə səylər nəticəsində təmin ediləcək. Gürcüstan və Azərbaycan işğal altında olan ərazilərinin azad olunması uğrunda mübarizə aparır və əminəm ki, hər iki ölkə ərazi bütövlüklərini bərpa edəcəklər və bölgədə sülh təmin olunacaq”.
T.Naveriani çıxışında Xocalı faciəsi ilə bağlı azərbaycanlılara başsağlığı verib: “Faciə zamanı hətta günahsız körpələr qətlə yetirilib. Bu cür qətliamlar bir daha təkrarlanmamalıdır. Gürcüstan bölgədə sülhün bərqərar olmasının tərəfdarıdır. Bölgədə mövcud münaqişələrin birgə səylərlə həll olunacağına inanıram”.
Tədbir Marneuli ziyalılarının çıxışları ilə davam etdirilib. Onlar Xocalı faciəsinin yalnız azərbaycanlılara qarşı deyil, insanlığa qarşı cinayət olduğunu bildiriblər. Ziyalıların sözlərinə görə, Xocalı faciəsinə Gürcüstanda da hüquqi qiymət verilməlidir.
Sonda “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış sənədli film nümayiş etdirilib.
Mərasim çərçivəsində “Ata Holdinq” mərkəzində Xocalı soyqırımını əks etdirən fotoşəkillər və faciə haqqında xarici mətbuatda yer almış məqalələr, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında Azərbaycan, ingilis, rus və gürcü dillərində nəşr olunmuş kitabların sərgisi də təşkil olunub.
//Report