Meşədə itkin düşən uşaqlar 40 gün sonra sağ tapıldı
    • 10-06-2023, 15:48
    • 275

Meşədə itkin düşən uşaqlar 40 gün sonra sağ tapıldı

Mayın 1-də Kolumbiyada qəzaya uğramış "Cessna 206" təyyarəsində olan 4 uşaq uzun sürən axtarışlardan sonra sağ tapılıblar.

News24.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro tviter hesabında yazıb.

Amazon cəngəlliyində itkin düşmüş 4 uşaq helikopterlə hərbi hospitala aparılıb və onlara tibbi yardım göstərilib.

Onların ən böyüyünün 13 yaşı, qalanlarının isə doqquz, dörd və bir yaşı var.