Xaçmazda itkin düşən məktəbli qardaşlar tapıldı - FOTO - YENİLƏNDİ
    • 22-04-2023, 18:30
    • 377

Xaçmazda itkin düşən məktəbli qardaşlar tapıldı - FOTO - YENİLƏNDİ

Xaçmaz rayonunda itkin düşən məktəbli qardaşlar tapılıb.

3 gün əvvəl itkin düşən 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənanın yeri müəyyən edilib.

Onların atası Tural Muradovun verdiyi məlumata görə, uşaqlar Xaçmaz ərazisində tapılıblar.

Onlar ailələrinə təhvil verilib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan uşaqların tapılması barədə məlumatı təsdiq ediblər. /APA/

***

10.55

Xaçmazda iki məktəbli itkin düşüb. 

News24.az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakinləri, 9 saylı məktəbin 10-cu sinif şagirdi Nicat Muradov və onun qardaşı, 7-ci sinif şagirdi Kənan 3 gün öncə dərsdən çıxıb və evə qayıtmayıblar.

Onları görən şəxslərdən bu barədə polisə və ya (055/070) 234-50-30 mobil nömrələrinə məlumat vermələri xahiş olunur.