Qurban Qurbanov erməni futbolçunun Şuşadakı villasında - FOTO
    • 12-06-2023, 10:27
    • 163

Qurban Qurbanov erməni futbolçunun Şuşadakı villasında - FOTO

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şuşada səfərdədir.

News24.az xəbər verir ki, ötən gün sözügedən şəhərə yollanan təcrübəli mütəxəssis bir sıra məkanlarda olub. Cıdır düzü, İsa bulağı, Gövhərağa Məscidini ziyarət edib.

51 yaşlı çalışdırıcı bu gün də şəhər gəzintisinə davam edib. O, separatçı rejimi dəstəkləyən erməni futbolçu Henrik Mxitaryanın villasında olub. Oradan durbinlə Xankəndini də seyr edib. Bu barədə jurnalist Şakir Eminbəyli sosial şəbəkə hesablarından paylaşım edib.