Çempionlar Liqasının final oyunu Türkiyəyə nə qədər qazandırıb? - RƏQƏM
    • 12-06-2023, 11:04
    • 613

Çempionlar Liqasının final oyunu Türkiyəyə nə qədər qazandırıb? - RƏQƏM

İstanbulda keçirilən UEFA Çempionlar Liqasının final oyunu Türkiyəyə 200 milyon dollar xarici valyuta qazandırıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəhbəri Mehmet Büyükekşi bildirib.

“Sözcü” qəzeti Büyükekşiyə istinadən yazır ki, finala dünyanın hər yerindən qonaqlar gəlib və bu, Türkiyə iqtisadiyyatına 200 milyon dollar qazandırıb.

O qeyd edib ki, belə bir tədbirin Türkiyədə keçirilməsi ölkənin imkanlarının yoxlanılması və Türkiyənin 2028 və 2032-ci il Avropa Çempionatlarına ev sahibliyi etmək üçün namizədliyini qiymətləndirmək üçün nümunə olub. O, finalın təşkilini yüksək qiymətləndirib.

Qeyd edək ki, “Mançester Siti” klubu “İnter”i məğlub edərək tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Əsas avrokubokların püşkatma mərasiminin final oyunu 1:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. Yeganə qolu 68-ci dəqiqədə ispaniyalı yarımmüdafiəçi Rodri vurub.

Akqabay