Messi SAXLANILDI
    • 12-06-2023, 12:02
    • 170

Messi SAXLANILDI

Argentinalı hücumçu Lionel Messi Çində hava limanında sərhədçilər tərəfindən saxlanılıb. 

News24.az xəbər verir ki, bu barədə Diario Sport məlumat yayıb.

Mənbənin məlumatına görə, 35 yaşlı futbolçu Avstraliya ilə yoldaşlıq oyunu üçün Çinə gəlib. Məlum olub ki, saxlanılmağa səbəb Messidən vizanın olmaması olub. Argentinalı miqrasiya xidmətinin ona xüsusi təcili viza verməsi üçün iki saat hava limanında qalmalı olub.

Qeyd edək ki, Argentina və Avstraliya yığmaları arasında oyun iyunun 15-də keçiriləcək.

Qumral