"Dövlət Neft Fondunun aktivlərinin artması müsbət haldır" - Prezident
    • 12-06-2023, 12:02
    • 171

"Dövlət Neft Fondunun aktivlərinin artması müsbət haldır" - Prezident

Prezident İlham Əliyev dünyanın nəhəng və qabaqcıl maliyyə təsisatları ilə əməkdaşlıq edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun “Starwood Capital Group” şirkəti ilə sıx əlaqələrinin olmasını müsbət qiymətləndirib.

News24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev iyunun 12-də “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlixi qəbul edərkən deyib.

Dövlət başçısı mövcud tərəfdaşlığın daha da gücləndirilməsi üçün səylərin davam etdirilməsinin önəmini vurğulayıb.

Prezident İlham Əliyev qeyri-sabit maliyyə bazarları dövründə də Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin artmasının müsbət hal olduğunu deyib.