Bakıda aptekə basqın edildi
    • 12-06-2023, 12:50
    • 117

Bakıda aptekə basqın edildi

Bakının Nizami rayonunda aptekə basqın edilib.

News24.az xəbər verir ki, iyunun 9-da gecə saatlarında Nizami rayonu ərazisində yerləşən apteklərin birində tibbi maskalı 2 nəfərin satıcını bıçaqla hədələyib kassadan 300 manat pul talamaları barədə polisə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Tuncay Quluzadə və Alı Cavadlı müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.