Əməkdar jurnalistin paylaşımı SƏS-KÜY yaratdı:
    • 12-06-2023, 14:17
    • 887

Əməkdar jurnalistin paylaşımı SƏS-KÜY yaratdı: "Qızların başını boş buraxdınsa..."

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist Rəhman Orxanın xarici vətəndaşla evlənən azərbaycanlı xanım barədə yazdığı status səs-küyə səbəb olub.

News24.az xəbər verir ki, jurnalistin yazısı birmənalı qarşılanmayıb, sosial media istifadəçiləri onu bu fikirlərinə görə tənqid ediblər.

Sözügedən statusu təqdim edirik: 

"Anqırıb, tayını tapdı? Bu bədbəxt azərbaycanlı qız bu koreyalının nəyinə aşiq olub? Başına azərbaycanlı oğlan qəhət idi? Gözəl də qızdır. Ancaq namus-qeyrət barədə düşünməyib. Belə çıxır ki, bəzi qızların başını bir az boş buraxdınsa, hansısa itə-qurda gedəcəklər. Bunun atası nə düşünüb, hansı ağıla qulluq edib? Bundan olan metis, hibrid uşaqlar təbii ki, azərbaycanlı olmayacaq. Belə "xoşbəxtlik" bizim xalqa lazımdırmı?".