Cəlilabad sakini bıçaq xəsarətləri alıb
    • 12-06-2023, 20:07
    • 613

Cəlilabad sakini bıçaq xəsarətləri alıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisə nəticəsində rayon sakini, 1998-ci il təvəllüdlü Amid Novruzlu ayaq nahiyəsindən bıçaq xəsarəti alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hələlik hadisənin təfərrüatları məlum deyil.

Faktla bağlı araşdırma aparılır.