Türkiyənin İsveçdən tələbi: Bu şərt yerinə yetirilməyənə qədər...
    • 13-06-2023, 11:27
    • 201

Türkiyənin İsveçdən tələbi: Bu şərt yerinə yetirilməyənə qədər...

Türkiyə İsveçdən NATO-ya daxil olmasına mane olan bütün tələbləri yerinə yetirməsini tələb edir. Ankara tələblər həll olunana qədər Stokholmun müraciətini təsdiqləməyəcək.

News24.az xəbər verir ki, Türkiyə İsveçin NATO-ya üzv olmasına imkan verəcək antiterror tələblərinə cavab verməsini gözləyir.

“Bloomberg” yazır ki, bu tələblərə əməl edilmədiyinə görə Stokholm hələ də Ankaradan alyansa qoşulmaq üçün razılıq almayıb.

Məqalə müəllifi bildirir ki, Ankara Stokholmu İsveçdə iyunun 1-dən qüvvəyə minmiş terrorla mübarizə haqqında qanunu icra etməyə çağırır. Məqalədə deyilir ki, bu, ölkədəki bütün anti-Türkiyə qüvvələrini dağıtmaq üçün edilir.

Nəşr əlavə edib ki, PKK-nın Türkiyədə qadağan olunmuş bir sıra nümayəndələrinin İsveç tərəfindən ekstradisiya edilməsinə baxmayaraq, Ankara Stokholmun hələ də alyansa üzvlük tələblərini yerinə yetirmədiyini bildirir. Bildirilib ki, antiterror tələblərinin tam yerinə yetirilməməsi Stokholmun hərbi təşkilata daxil olması perspektivlərinə son qoya bilər.

Akqabay