"Dördlər finalı" başlayır
    • 14-06-2023, 10:58
    • 152

"Dördlər finalı" başlayır

Bu gün Millətlər Liqasında "Dördlər finalı"na start veriləcək.

News24.az xəbər verir ki, bu gün ilk yarımfinal oyunu keçiriləcək. Niderland Xorvatiya ilə üz-üzə gələcək. Görüş Rotterdamdakı "Feyenoord Stadionu"nda keçiriləcək. Qarşılaşma saat 22:45-də başlayacaq.

Yarımfinalın digər matçı iyunun 15-də İspaniya və İtaliya arasında baş tutacaq.

Qeyd edək ki, Millətlər Liqasının finalı iyunun 18-də keçiriləcək.

Millətlər Liqası, "Dördlər finalı": 1/2 final

14 iyun

22:45 Niderland - Xorvatiya

Baş hakim: İştvan Kovaç (Rumıniya)
Rotterdam, "Feyenoord Stadionu"