-
- 14-06-2023, 11:20
- 251
Baş katib postu uğrunda mübarizə - Polşa imtina etdi, Ağ Ev susur
Polşa Şimali Atlantika Alyansının yeni baş katibinin seçimində Danimarkanı dəstəkləməkdən imtina etdi. Varşava bu posta Şərqi Avropadan daha radikal bir fiqur qoymaq istəyən baş nazir Mette Frederiksenin namizədliyini dəstəkləməkdən imtina edib.
News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Qeyd olunur ki, Varşavaya görə, Rusiya ilə həmsərhəd ölkələrdən NATO-nun baş katibinin təyin edilməsi “Moskva üçün siqnal” olmalıdır.
Bununla bağlı güman edilir ki, Polşa Estoniyanın baş naziri Kay Kallasın namizədliyini dəstəkləyə bilər - lakin Qərbi Avropa ölkələri bu cür hərəkətləri həddən artıq təxribat xarakterli hesab edərək, bu mövqe ilə razılaşmırlar. NATO baş katibi postuna ən çox ehtimal olunan namizədlər Böyük Britaniyanın müdafiə naziri Ben Uolles, Niderlandın baş naziri Mark Rutte və Kanada baş nazirinin müavini Kristiya Frilanddır.
Ağ Ev hələlik təklif olunan namizədlərdən heç birinə üstünlük və ya dəstək ifadə etməyib.
Akqabay