Medvedevdən XƏBƏRDARLIQ: “Şimal axını”nda təxribata görə...
    • 14-06-2023, 13:22
    • 207

Medvedevdən XƏBƏRDARLIQ: “Şimal axını”nda təxribata görə...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Şimal axını” nda təxribata görə mümkün cavab tədbirləri barədə xəbərdarlıq edib. 

News24.az xəbər verir ki, ölkənin keçmiş baş naziri vəziyyətlə bağlı öz Teleqram kanalında yazıb.

Onun fikrincə, burada Qərb ölkələrinin “Şimal axını”na qarşı təxribatda əlinin olmasının sübutlarını nəzərə almaq lazımdır: “Qərb ölkələrinin “Şimal axını”nın ləğvində sübut olunmuş şərikliyinə əsaslansaq, o zaman düşmənlərimizin okeanın dibi boyunca çəkilmiş kabel rabitəsini məhv etməkdən çəkinmək üçün heç bir, hətta mənəvi məhdudiyyətimiz qalmayıb”.

Daha əvvəl xəbər verilmişdi ki, Rusiyanın ABŞ-dakı nazir müşaviri Andrey Ledenev ABŞ hakimiyyətini və ümumilikdə Qərb ölkələrinin nümayəndələrini “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı müstəqil araşdırmaya başlamaq istəməməkdə ittiham edib. O qeyd edib ki, qaz kəməri partlayışları ilə bağlı şəffaf və obyektiv beynəlxalq araşdırma aparılmalıdır və ABŞ-ı kömək etməyə çağırıb.

Akqabay