Rusiya ABŞ səfirini nazirliyə çağırıb
    • 21-02-2023, 17:32
    • 302

Rusiya ABŞ səfirini nazirliyə çağırıb

Rusiya ABŞ-ın Moskvadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

News24.az TASS-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı Ukrayna münaqişəsində iştirakını artırmaqda ittiham edib.

Nazirlik bildirib ki, ABŞ “Şimal axını” boru kəmərində baş verən partlayışlarla bağlı izahat verməlidir.

Bundan əlavə ABŞ-ın sözügedən partlayışlarla bağlı istintaqa müdaxilə etməməsi lazım olduğu vurğulanıb.

Qumral Əliyeva