-
- 15-06-2023, 13:17
- 644
Ərdoğan Əliyevə Kiprlə bağlı nə deyib? - Bakı tezliklə... - Türk alim mühüm detalı açıqladı
“Türkiyədə prezident seçilən şəxslər ilk səfərlərini Şimali Kipr Türk Respublikasına və Azərbaycana edir, Ərdoğan da iki qardaş ölkənin ənənəsinə sadiqlik nümayiş etdirdi. Azərbaycana rəsmi səfərə gələn Rəcəb Tayyib Ərdoğan Bakıda mühüm mesajlar verdi. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin də verdiyi mesajlar çox önəmlidir. Ərdoğan Azərbaycan-Türkiyə əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu və ikitərəfli əməkdaşlığı daha da irəli daşımağın gərək olduğunu bir daha bəyan etdi”.
Bu sözləri News24.az-a açıqlamasında Maltepe Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının müəllimi, Professor Dr. Hasan Ünal deyib.
Siyasətçi bildirib ki, Türkiyə Prezidentinin Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilən əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə qərarlı olduğunu bildirməsi və Şuşada baş konsulluq açmağa hazır olduğunu bəyan etməsi xüsusi əhəmiyyət daşıyır:
“Ərdoğanın Türkiyənin Azərbaycana olan dəstəyini qeyd etməsi, bu dəstəyin artmağa davam edəcəyini söyləməsi, eyni zamanda Zəngəzur dəhlizi və Qarabağla bağlı açıqlamaları çox önəmli idi. Türkiyə Prezidenti Zəngəzur dəhlizinin açılmasının bölgə ölkələri üçün vacib olduğunu bildirdi. Hətta ötən gün jurnalistlərə açıqlamasında qeyd etdi ki, Zəngəzur dəhlizinin açılmasına İran mane olur. Ərdoğan İranın bu məsələdəki rolunu ictimaiyyət qarşısında ilk dəfə söylədi. Ərdoğan həm də Bakıda Türkiyə-Azərbaycan münasibətlərinin bütün sahələrdə daha da inkişaf edəcəyi mesajını verdi. Şuşa Bəyannəməsinin əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan və Türkiyə iki qardaş, dost ölkə olmaqla yanaşı, həm də Şuşa Bəyannəməsi ilə iki müttəfiq ölkə olublar”.
Professor söyləyib ki, İlham Əliyev Ərdoğanla görüşdə Azərbaycan Ordusunun Türkiyə modeli əsasında inkişaf etdiyini bir daha bəyan edib: “Əliyev vurğuladı ki, Azərbaycan Silahlı Qüvvələri Türk ordusu modelində qurulur. 25 ildir Türkiyə Azərbaycan Ordusuna tam dəstək göstərir. Azərbaycanlı hərbçilərin təhsilini, təlimini, müharibə doktrinasını, döyüş qabiliyyətini inkişaf etdirib. Artıq bütün müharibə taktikaları, savaş konsepti ilə bağlı Azərbaycan Türkiyə modelini tətbiq edəcək”.
Hasan Ünal qeyd edib ki, Azərbaycan Şimali Kipr Türk Respublikası ilə münasibətləri daha da irəli mərhələyə daşıya bilər: “Əminəm ki, Ərdoğan İlham Əliyevə tezliklə Ermənistanla sülh müqaviləsini imzaladıqdan sonra, Azərbaycanın Şimali Kipr Türk Respublikasını tanıyaraq orada səfirlik açmasını gözlədiyini çatdırıb. Bunu bütün türk xalqı olaraq istəyirik. Əminəm ki, hər iki lider bu məsələni də danışıb. Azərbaycana getmədən öncə Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına səfər etdi, çıxışı zamanı 20 iyulda Kiprə yenidən gələcəyini, burada iki dövlət bir həldən başqa yol olmadığını, Şimali Kiprin tanınmasının vacib olduğunu bir daha bəyan etdi”.
Akqabay Mıradov