Sifarişlər artıq dronla çatdırılacaq
    • 15-06-2023, 18:22
    • 380

Sifarişlər artıq dronla çatdırılacaq

Yaponiyada sifarişlər artıq  müştərilərə dronla çatdırılmağa başlayacaq.

News24.az xəbər verir ki, buna səbəb ölkənin 70 faizinin dağ və adalardan ibarət olmasıdır.

Belə ki, bəzi çətin bölgələrdə təcili ehtiyacların və sifarişlərin çatdırılmasında problemlər yaşanır. 

Maneələri həll etmək üçün müxtəlif üsullar inkişaf etdirən yaponlar drondan istifadə etmək qərarına gəlib.

Artıq Naqasaki əyalətindəki Qoto adalarının sakinləri dərman da daxil olmaqla gündəlik ehtiyaclarını onlayn sifariş edirlər və paraşüt qutusuna yüklənən sifarişlər dron vasitəsilə ada sakinlərinə çatdırılır./demokrat/