-
- 31-05-2023, 11:35
- 497
Əliyev bağışlama şərtini açıqladı, ABŞ dəstəklədi – Separatçılar Bakıya təslim edilir?
ABŞ iyunun 1-də Kişinyovda Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə keçiriləcək görüşün danışıqlar masası arxasında məsələlərin sülh yolu ilə həlli baxımından konstruktiv olacağını gözləyir.
News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin bəyanatında deyilir.
“Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən şadıq. Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür. Biz bu yaxınlarda baş nazir Paşinyanın sülh işinə sadiqliyini təqdir etdik və Prezident Əliyevin amnistiyanın müzakirəsi ilə bağlı son bəyanatlarını alqışladıq”, - Miller bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı erməni separatçıların təslim olacaqları təqdirdə amnistiya tətbiq oluna biləcəyini bildirmişdi. “Ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq. Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Əgər mən deyirəmsə ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmasınlar”, - dövlət başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı bildirib.
Akqabay