Prezidentin Şahbaz Şəriflə rus dilində maraqlı dialoqu – VİDEO
    • 16-06-2023, 16:10
    • 618

Prezidentin Şahbaz Şəriflə rus dilində maraqlı dialoqu – VİDEO

İyunun 15-i Azərbaycanda işgüzar səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyevlə görüşü zamanı maraqlı dialoq yaşanıb.

News24.az
“Qafqazinfo”ya istinadən xəbər verir ki, Şahbaz Şərif İlham Əliyevlə rus dilində danışıb. Tərəflər arasında keçən maraqlı dialoqun görüntüləri isə Pakistan mediası və sosial şəbəkələrində geniş şəkildə paylaşılıb. Görüntülərdən Şahbaz Şərifin rus dilində bildiyini nümayiş etdirməsi və bu dildə saymasını görmək mümkündür.

Dialoq ətrafdakı şəxslər tərəfindən təbəssümlə qarşılanıb.

Pakistan mediası Baş nazirin 6 dildə danışdığını vurğulayıb.