-
- 16-06-2023, 16:16
- 590
Tokioda "Harri Potter" parkı açıldı
Yaponiyanın paytaxtı Tokioda "Harri Potter" filmlərinə əsaslanaraq inşa edilən dünyanın ən böyük qapalı əyləncə parkı istifadəyə verilib.
News24.az xəbər verir ki, bu barədə “The Japan Times” məlumat yayıb.
Tokionun Nerima rayonunda yerləşən parkın ərazisi 30 000 kvadratmetrdir.
“Warner Bros. Studios Japan”in idarə etdiyi parka giriş üçün biletləri əvvəlcədən sifariş əsasında əldə etmək mümkün olacaq.
Biletlərin qiyməti 18 yaşdan yuxarı olanlar üçün 6300 yen (45 ABŞ dolları), 12-17 yaş arası şəxslər üçün 5200 yen və 4-11 yaş arası uşaqlar üçün isə 3800 yendir.
Xatırladaq ki, Harri Potter məşhur ingilis yazıçı Coan Ketlin Roulinqin silsilə romanlarının baş qəhrəmanıdır.