Bakıda nasaz maşın yolda qaldı - Tıxac yarandı
    • 16-06-2023, 17:23
    • 321

Bakıda nasaz maşın yolda qaldı - Tıxac yarandı

Bakıda avtomobil yolda nasaz qalıb, sıxlıq müşahidə olunur.

Bu barədə News24.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Tbilisi prospektindən üzü “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur. Buna səbəb isə həmin istiqamətdə yolda nasaz nəqliyyat vasitəsinin qalmasıdır.

Sıxlığın aradan qaldırılması üçün əraziyə yol polisi cəlb olunub.