Musiqili Teatra aktyor seçərkən ayrı-seçkilik edilir? - VİDEO
    • 16-06-2023, 22:35
    • 667

Musiqili Teatra aktyor seçərkən ayrı-seçkilik edilir? - VİDEO

“Aktyorlar cığal uşaq kimidirlər. Görünür, mən ona görə sona qədər aktyor ola bilmədim”.

Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev deyib.

O, çalışdığı dövrdə teatra istedadsız adamların gəlməsinə imkan vermədiyini söyləyib.
“İstedadlılara yol açmaq lazımdır. İstedadsızlar onsuz da özlərinə yol tapacaqlar. Amma mənim yanımda istedadsızlar özlərinə yol tapa bilmirlər”, – deyə Ə.Lalayev vurğulayıb.

Daha ətraflı süjetdə: