Ermənilər atəşə tutduqları sülhməramlılardan yardım diləyir
    • 19-06-2023, 21:18
    • 972

Ermənilər atəşə tutduqları sülhməramlılardan yardım diləyir

Hazırda azərbaycanlılarla danışıqları rus sülhməramlılar aparırlar.

News24.az xəbər verir ki, bu sözləri Qarabağda, rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçı-terrorçuların “ombudsman” kimi təqdim etdikləri Geqam Stepanyan deyib.

O bildirib ki, Qarabağdakı ermənilər (separatçılar – red.) danışıqlarda iştirak etmir:

“Gözləyirik ki, heç olmasa, himanitar yüklərin daşınması bərpa olunar. Ümidimiz yalnız rus sülhməramlılara yox, həm də beynəlxalq təşkilatlaradır”.

O, erməni əhali arasında ruh düşkünlüyünün və qeyri-müəyyənliyin hökm sürdüyünü də bildirib.

Qeyd edək ki, 15 iyunda – Qurtuluş Günündə erməni hərbi birlikləri “Laçın” postunda Azərbaycan bayrağını qaldıran azərbaycanlı sərhərçiləri atəşə tutub, nəticədə bir hərbçimiz yaralanıb. Rus sülhməramlılar hadisə yerinə gələndən sonra Bayrağımızın təkrar qaldırılması mərasimini müşayiət ediblər. Lakin bu zaman erməni hərbi birlikləri rus sülhməramlılara da atəş açıb.

Bunun ardınca Azərbaycan təxribatın araşdırılması və təqsirkarların tapılmasına qədər polstun fəaliyyətini dayandırıb.