Bu istiqamətdə irəliləyiş əldə olunub - Paşinyan
    • 7-06-2023, 17:31
    • 295

Bu istiqamətdə irəliləyiş əldə olunub - Paşinyan

Regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupunun sonuncu görüşü zamanı kifayət qədər nəzərəçarpacaq irəliləyiş əldə olundu və mən bundan çox məmnunam. 

News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə deyib.

“Mən bir daha Ermənistanın bu kommunikasiyalar ərazisindən keçən tərəflərin suverenliyi və yurisdiksiyası prinsipi çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm. Bu, Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli bəyanatının doqquzuncu bəndində qeyd olunan kommunikasiyalara aiddir.

Ümid edirəm ki, biz konkret qərarlara gələ biləcəyik. Biz konkret təkliflərimizi vermişik və ümid edirəm ki, bu təkliflər qəbul olunacaq. Prinsipcə, bunlar bizim təkliflərimiz deyil, bu, son iki ildə işlədiyimiz kompromis həll yoludur”, - Paşinyan bildirib.

Akqabay