Əri “Room Baku”da işləyən arvadını vəhşicəsinə döydü
    • 20-06-2023, 11:37
    • 1 178

Əri “Room Baku”da işləyən arvadını vəhşicəsinə döydü

Bakıda arvadını vəhşicəsinə döyən şəxs cəzalandırılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Səbail rayon məhkəməsinin hökmü ilə Astara rayon Şahağacı kənd sakini, 1989-cu il təvəllüdlü Cəsarət Əbilov Cinayət Məcəlləsinin 127.1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Məhkəmə həyat yoldaşını döyən şəxsə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Ona elektron nəzarət cihazı quraşdırılıb.

Məhkəməda bildirilib ki, 34 yaşlı Cəsarət 14 il əvvəl ailə qurub. O, Bakıda ailəsi ilə kirayədə yaşayıb. 02 mart 2023-cü il tarixdə saat 13:30 radələrində yaşadığı evdə olan zaman Cəsarət sərxoş vəziyyətdə evə gəlib. O, arvadından mobil telefonunu istəyib. Arvadı isə telefonu verməkdən imtina edib. Cəsarət telefonu vermədiyinə görə arvadına yumruqla çoxsaylı zərbələr endirərək burun sümüklərini sındırıb, gözlərinin qanla dolmasına və şişməsinə səbəb olub. 

Bildirilib ki, zərərçəkmiş qadın “Room Baku” restoranında işləyir. Restoranın müdiri həmin qadının işə maska ilə gəldiyini, ağız, burun və gözlərinin daim xəsarət yetirilmiş halda olduğunu bildirib.

Taleh BAĞIROV