-
- 22-04-2022, 16:41
- 471
Azərbaycanda ər arvadını stulla vəhşicəsinə döydü
Bu ilin yanvar ayının 20-nə keçən gecə Sumqayıt şəhərində həyat yoldaşını vəhşicəsinə döyən şəxsə hökm oxunub.
News24.az-ın məlumatına görə, Sumqayıt şəhər Məhkəməsi həyat yoldaşı Məlahət Əliyarovanı (şərti adlı) stulla döyərək ona müxtəlif xəsarətlər yeirən, eləcə də qolunu sındıran Qair Əliyarovun 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə hökm edib.
Araşdırmalar zamanı məlum olub ki, Qairlə Məlahət 2017-ci ildə ailə həyatı qurub və onların 2018-ci ildə qızları dünyaya gəlib. Qusardan Sumqayıta köçən gənc ailə burada kirayə yaşayıb və münasibətləri normal olub. Lakin zaman-zaman Məlahət Qairin ona qarşı zorakılıq etməsi barəsində yaxınlarına bildirib.
Hadisə baş verən gün isə təmir-tikinti ustası kimi işləyən Qair işdən gələrək evdə şam yeməyi yeyib. Yeməklə birgə pirtli içki qəbul edən şəxs daha sonra həyat yoldaşı ilə mübahisə edib. Mübahisənin münaqişəyə çevrilməsi ilə Qair mənzildəki stulu götürərək xanımına zərbələr endirməyə başlayıb. Məlahət bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb, həmçinin qolundakı qamış sümüyü sınıb. Hadisənin sabahı günü zərərçəkmiş qadın ərinin etdikləri barədə polisə şikayət edib.
Məhkəmədə Məlahət Əliyarova ərindən şikayətçi olduğunu və onun cəzalandırılmasını istədiyini deyib.
Qair isə hadisə vaxtı sərxoş olduğunu bildirərək Məlahəti vurarkən onun qışqırıqlarını eşidərək özünə gəldiyini və xanımından üzr istəyərək hərəkətlərini dayandırdığını deyib.