İdmançılarımız Avropa Oyunlarına hazırdırlar — Nazir
    • 20-06-2023, 13:58
    • 125

İdmançılarımız Avropa Oyunlarına hazırdırlar — Nazir

“Bütün idmançılara uğurlar arzulayıram. Onlara inanırıq”.

News24.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, Krakov-2023 III Avropa Oyunlarına yolasalma mərasimində jurnalistlərə açıqlama verib.

Nazir yığmamızın bu gün yarışa yollandığı üçün bayram əhval-ruhiyyəsində olduqlarını bildirib: "Böyük nümayəndə heyətimiz var. İdmançılarımız səylə hazırlaşıblar, yarışa hazırdırlar. Turniri işıqlandıran media nümayəndələrinə də təşəkkür edirəm”.

Qeyd edək ki, Avropa Oyunlarına sabah start veriləcək./apasport/