Ermənilər Azərbaycanla sərhəddə ABŞ bayrağı qaldırdılar — FOTO
    • 20-06-2023, 14:57
    • 297

Ermənilər Azərbaycanla sərhəddə ABŞ bayrağı qaldırdılar — FOTO

Şərti sərhəddə (Naxçıvan istiqamətində) yerləşən Yerasx (Arazdəyən) metallurgiya zavodunda Ermənistan və ABŞ bayraqları qaldırılıb.

News24.az xəbər verir ki, Azərbaycanın mövqeləri zavoddan bir neçə yüz metr aralıdadır.

Ermənistan hərbçiləri son günlərdə mütəmadi olaraq zavodun ərazisindən Azərbaycanın mövqelərini hədəfə alır. Ermənilərin bu addımı ABŞ-ı Azərbaycana qarşı törətdikləri təxribata şərik etmək cəhdi kimi qiymətləndirilir.

Eyni zamanda, Arazdəyən Azərbaycana qaytarılmalı olan anklav kəndi Kərkiyə gedən yolun üzərində yerləşir.