Azərbaycanda 4 günlük iş rejimi tətbiq oluna bilər? —  Nazir müavinindən AÇIQLAMA
    • 21-06-2023, 12:12
    • 168

Azərbaycanda 4 günlük iş rejimi tətbiq oluna bilər? — Nazir müavinindən AÇIQLAMA

Bəzi ölkələr 4 günlük iş rejiminə keçib. 4 günlük iş rejiminin tətbiqinin iki istiqaməti var. Səslənilən və real niyyət fərqli ola bilər.

News24.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev "İnsan Resursları Zirvəsi 2023" tədbirində panel çıxışı zamanı deyib.

"Bu özlüyündə araşdırılmalı mövzudur. Yalnız iqtisadiyyat nazirliyi bunu edə bilməz. Bu ölkədən ölkəyə fərqlənə bilər",- deyə E.Əliyev bildirib.