Moldova vətəndaşlarımız üçün iş icazəsini ləğv edə bilər
    • 5-05-2023, 14:55
    • 355

Moldova vətəndaşlarımız üçün iş icazəsini ləğv edə bilər

Moldovada Azərbaycan vətəndaşları üçün iş icazəsinin verilməsi ləğv oluna bilər.

News24.az xəbər verir ki, Moldova Baş nazirinin müavini Dmitri Alayba belə bir təkliflə çıxış edib.

O bildirib ki, Gürcüstan, Ermənistan, Ukrayna vətəndaşları üçün də bu icazə ləğv oluna bilər.

Baş nazirin müavininin sözlərinə görə, sərmayədarlar yerli işçi qüvvəsinin azlığından narahatdırlar.