Şəhid anası imtahanda yüksək bal topladı — VİDEO
    • 21-06-2023, 17:41
    • 196

Şəhid anası imtahanda yüksək bal topladı — VİDEO

Vətən müharibəsi qəhrəmanı, şəhid Valeh Bədəlovun anası Südabə Qaziyeva sertifikatlaşdırma imtahanında rekord nəticəyə imza atıb. O, 67 dəqiqədə 59 bal toplayıb.

News24.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.

O bildirib ki, Südabə Qaziyeva  Zaqatala rayonu, Aşağı Tala 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.  

Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.