-
- 21-06-2023, 20:03
- 222
ANAMA-da media nümayəndələri ilə dəyirmi masa keçirilib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün dəyirmi masa keçirilib.
News24.az-ın xəbərinə görə, yerli media subyektlərinin rəhbər şəxlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, UNEC Tədqiqat Fondunun, eləcə də Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmiləri iştirak edib.
Açılış nitqi ilə çıxış edən ANAMA-nın Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov media nümayəndələrinə Agentliyin fəaliyyətində göstərdiyi əvəzsiz vasitəçiliyə görə təşəkkürünü bildirib. O, mina təhlükəsi ilə mübarizə çərçivəsində həyata keçirilən fəaliyyətdən bəhs edərək mövcud təhlükə haqda yanlış düşüncə tərzinin aradan qaldırılmasında, cəmiyyətin Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirməsində, ictimai məlumatlılığının artırılmasında, əhalinin hər bir təbəqəsi arasında təbliğatın səmərəli formada aparılmasında medianın dəstəyinin danılmaz olduğunu qeyd edib.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli ekstremal şəraitdə işləyən jurnalistlərin təhlükəsizliyi, cəmiyyətə çatdırılan informasiyaların etibarlılığı, dolğunluğu kimi məsələlərə diqqət çəkib. Jurnalistlərin bu istiqamətdə təcrübə toplamasının vacibliyini vurğulayan Natiq Məmmədli mediada milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınmasının da əhəmiyyətini qeyd edib.