Daşkəsən ərazisindən axan Dəstəfurçaydan sel keçib
    • 22-06-2023, 16:34
    • 171

Daşkəsən ərazisindən axan Dəstəfurçaydan sel keçib

Saat 14:30 radələrində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan sel keçib.

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

İyunun 22-si saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Altıağac, Qusar, Şahdağ, Mingəçevir, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxanda arabir leysan xarakterli yağış yağıb, ayrı ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.