Şuşada Bülbülün xatirəsi anıldı — FOTO
    • 22-06-2023, 16:53
    • 192

Şuşada Bülbülün xatirəsi anıldı — FOTO

Şuşada Azərbaycanın opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi Bülbülün xatirəsi anılıb.

Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.

İdarənin icraçı direktoru Tural Novruzov, qoruğun əməkdaşları, Prezidentin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin rəsmiləri Bülbülün doğum günü münasibəti ilə büstünü (1992-ci ildə Şuşanın işğalı zamanı ermənilər tərəfindən güllələnmiş büstü), eyni zamanda ev-muzeyini ziyarət ediblər, gül dəstələri qoyublar.
Bülbülün ev-muzeyinin direktoru Fəxrəddin Hacıbəyli dahi sənətkarın Azərbaycan musiqi tarixindəki əvəzsiz rolundan, zəngin sənətindən və incəsənətə verdiyi müstəsna töhfələrindən, eyni zamanda, uşaqlıq və gənclik illərindən danışıb.