-
- 5-07-2024, 23:59
- 751
Onu sancan ilanı dişləyib ÖLDÜRDÜ
Hindistanın Bihar əyalətində zəhərli ilanın sancmasına qəzəblənən dəmiryol işçisi Santoş Lohar tutduğu sürünən heyvanı iki dəfə dişləyərək öldürüb.
News24.az xəbər verir ki, insident Navada şəhərində dəmir yolu layihəsində baş verib. Dəmiryol işçisi Lohar tikintidə yatarkən onu zəhərli ilan sancıb. Bu vəziyyətdən hiddətlənən 35 yaşlı Lohar dəmir çubuqla tutduğu ilanı iki dəfə dişləyərək öldürüb.
Hadisədən sonra dəmiryol işçiləri Loharı müalicə üçün yaxınlıqdakı xəstəxanaya aparıblar.
"Mənim kəndimdə belə bir inanc var ki, ilan səni dişləsə, zəhəri zərərsizləşdirmək üçün onu iki dəfə dişləməlisən", - deyə Lohar yerli mətbuata açıqlama verib.
Xəstəxanadan verilən açıqlamada müalicəsi davam edən Loharın həyati təhlükəsinin olmadığı, səhhətinin yaxşılaşdığı bildirilib.