“Neftçi” klubu hücumçusunu “Əl Oruba”ya icarəyə verib
    • 22-01-2019, 14:19
    • 1 134

“Neftçi” klubu hücumçusunu “Əl Oruba”ya icarəyə verib

Bakının “Neftçi” futbol klubu hücumçusu Kvame Karikarini icarəyə verib.

Klubun saytında məlumat verilir ki, 27 yaşlı qanalı cari mövsümün sonunadək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl Oruba” komandasının formasını geyinəcək.
“Əl Oruba” hazırda BƏƏ çempionatının birinci divizionunda liderdir.
Qeyd edək ki, cari mövsüm “Neftçi”nin heyətində 10 oyun keçirən Karikari 2 qol vurub.

//AZƏRTAC