Azərbaycan nefti ucuzlaşdı —  Son qiyməti
    • 24-06-2023, 10:04
    • 519

Azərbaycan nefti ucuzlaşdı — Son qiyməti

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,16 ABŞ dolları, yaxud 1,49 % azalaraq 76,57 ABŞ dolları təşkil edib.

Bu barədə News24.az-a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 73,85 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.