5 yaşlı uşağı maşın vurub öldürdü
    • 25-06-2023, 11:37
    • 154

5 yaşlı uşağı maşın vurub öldürdü

Sabunçu rayonunda ölümlə nəticələnən qəza baş verib.

News24.az
xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Qocayev Tərxan Elşən oğlu idarə etdiyi "Opel Astra" markalı avtomobillə yolun hərəkət istiqamətinə qaçmış 5 yaşlı İsmayılova Nurcan Hümbət qızını vurub. Nəticədə N.İsmayılova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.